Bakıda 78 dilənçi saxlanılıb

Bakıda 78 dilənçi saxlanılıb
  03 Yanvar 2015    Oxunub:2320
Paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslər tutulub.
AzVision.z -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dilənçiliklə məşğul olduqları üçün Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı), Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb.

Onlara xəbərdarlıq edildikdən sonra müvafiq olaraq yaşadıqları Xızı və Yevlax rayonlarına göndəriliblər.


Teqlər:  



Xəbər lenti