Nazir kəskin tənqid etdi

Nazir kəskin tənqid etdi
  17 Fevral 2013    Oxunub:2674
Əhməd Davudoğlu beynəlxalq ictimaiyyətin Suriya məsələsində tutduğu mövqeni kəskin tənqid edib
Suriyada hökumət qüvvələri ilə silahlı üsyançılar arasında qızğın döyüşlər davam edir. Ən şiddətli qarşıdurmalar Hələb şəhərində hava limanı ətrafında qeydə alınıb. Üç gündür davam edən döyüşlərdə hər iki tərəfdən böyük itkilərin olduğu bildirilir. Hələbin bir çox rayonlarında silahlılarla qarşıdurmalarda baş verib. Hökumət qüvvələri İdlib, Dəməşq və Homs şəhərlərində uğurlu əməliyyatlar həyata keçirib. Ötən gün Türkiyə artilleriyası sərhədyanı zonalardan birinə zərbələr endirib. Buna səbəb isə Suriya tərəfindən Hatay əyalətindəki meşə massivinə atılan minanın partlaması olub.
Bu hadisənin fonunda Ankara və Dəməşq qarşılıqlı ittihamlar səsləndiriblər. Belə ki, Türkiyənin XİN-i Əhməd Davudoğlu Türkiyə-Avropa İttifaqı komissiyasının toplantısında beynəlxalq ictimaiyyətin Suriya məsələsində tutduğu mövqeni kəskin tənqid edib. Onun sözlərinə görə, hərbi cinayətlər törədənlərə qarşı reaksiya verilməsi vacibdir. Əgər araşdırmalar aparmadan mülki əhalinin yaşadığı ərazilərə avia zərbələr endirilirsə, bu artıq hərbi cinayətdir. Artıq bu ölkədə 70 minə yaxın insan həlak olub, milyonlarla insan aclıqdan əziyyət çəkir. Belə olan halda BMT nə zaman tədbirlər görəcək? Nəyə görə yalnız Türkiyə və Suriya ilə sərhəddə olan digər ölkələr pul xərcləməlidilər?- sitatın sonu.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri eyni zamanda Suriyaya humanitar yardım göstərilməsini nəzərdə tutan qətnamənin qəbul edilməsini vacib hesab etdiyini deyib. Suriya XİN-i isə öz növbəsində Türkiyə hökumətinin Suriya böhranında deksturktiv rol oynadığını bildirib. Bu arada BMT-nin Ümumdünya ərzaq təşkilatı Suriyaya 10 min insanı nəzərdə tutan 62 ton ərzaq göndərib. Ümumilikdə isə BMT-nin hesablamalarına görə, Suriyada 4 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.


Teqlər:





Xəbər lenti