Deputat aktrisanın anasını xəstəxanaya yerləşdirir

Deputat aktrisanın anasını xəstəxanaya yerləşdirir
  05 Yanvar 2015    Oxunub:2028
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış aktrisası, bir neçə ay öncə dünyasını dəyişən Xanım Qafarovanın anası Gövhər Qafarova xəstə yatağındadır.Onun ayaqları tutulub.
AzVision.az G.Qafarovanın digər qızı Rübabə Qafarova ilə əlaqə saxlayıb yaşlı ananın durumu ilə maraqlanıb. R.Qafarova bildirib ki, anası bu gün millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə xəstəxanaya aparılacaq.

“Hazırda anamın vəziyyəti nisbətən yaxşıdır. İndi Qənirə xanımın köməkçisi həkim heyəti ilə gələcək və anamı xəstəxanalardan birinə yerləşdirəcəklər. Sizin vasitənizlə zəhməti keçən hər kəsə təşəkkür edirik”.

Şəhanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti