Türkiyədə partlayışlar: ölənlərin sayı 40-a çatıb- Yenilənib

  11 May 2013    Oxunub : 695
Türkiyədə partlayışlar: ölənlərin sayı 40-a çatıb- Yenilənib
Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində bu gün baş verən partlayışlar zamanı 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın
bələdiyyə binası ilə yanaşı , çox sayda bina və avtomobillərə ziyan vurub.

Hadisə yerlərinə göndərilən təcili yardım maşınları yaralıları xəstəxanaya aparıb.

İlkin ehtimala görə, partlayış iki bomba yüklü maşında baş verib. Bunun ardınca isə daha bir neçə partlayışlar törədilib.

Partlayışların hansı səbəbdən baş verməsi haqqında dəqiq nəlumat yoxdur.

Bölgədə elektrik enerjisi kəsilib. Hazırda araşdırmalar aparılır.
---

Türkiyənin Daxili İşlər Naziri Müəmmər Gülər bəyanət verib.Bəyanatda bildirilir ki, partlayışlar nəticəsində 40 nəfər ölüb, 100 nəfərdən çox xəsarət alıb.

Teqlər: