Xalq artistinin əməliyyat xərcini dövlət ödəyəcək
“Hazırda özümü yaxşı hiss edirəm. Səhhətimdə elə problem yoxdur. Amma əməliyyat olunmalıyam. İndi də əməliyyata hazırlaşıram. Dövlət əməliyyat xərclərimi qarşılayacaq”.
“İnşallah əməliyyat olunmaram”,- deyərək Xalq artisti fikrini yekunlaşdırıb.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdən sonra aktyor evə buraxılıb.
Hafiz Əhmədov
AzVision.az.







Vaxtında, Aydın, Lazımlı!


