Amerikalılar Xədicənin agent olmasını etiraf edirlər
Məqalənin əslini BURADAN oxumaq olar.
Məqalənin altında C.Qodminlə yanaşı Boston kollecinin tələbəsi, ictimai diplomatiya və ABŞ-ın xaricdəki imici üzrə araşdırmaların müəllifi Marta Baylesin də imzası var. Məqalədə deyilir ki, “Azadlıq” radiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsini MKİ gizli həyata keçirirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə Konqress “Azadlıq” radiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi.
“Bu gün özəl KİV sektorunda “Azadlıq” radiosunu ABŞ hökumətinin aləti hesab etmək tendensiyası var. Bu, ironiyadır. Çünki “Azadlıq” radiosu hökumətdən məsafə saxlamaq prinsipinə sadiqdir. Ancaq bu, daha geniş sual meydana çıxarır. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri “verbovka” etməlidirmi?” - deyə müəllif sual edir.
C.Qodmin yazır ki, Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin “verbovka” olunması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər.
Müəllif yazır ki, 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə ediblər. O vaxtdan məsələ açıq qalır. Qismən də ona görə ki, MKİ bu praktikadan tamamilə imtina etdiyini açıq şəkildə elan etmir.
Amerikalılar bu imkandan zarafat üçün də yararlanırlar. Məsələn, “Sony Production” şirkətinin çəkdiyi “Müsahibə” filmində televiziya tok-şousunun aparıcısı və onun prodüseri MKİ tərəfindən Şimali Koreya lideri Kim Çen Inı öldürmık üçün “verbovka” olunur.
“Ən azından iki səbəb var ki, MKİ nəhayət jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir. Birincisi, bu praktika bitərəf jurnalistikanı təhlükəli edir... Jurnalistlərin ələ alınmasına qadağa qoyulması pozitiv addım olacaq. Belə qadağanın olmaması Amerikanın müttəfiqlərini ona etimadına zərbə vurur və düşmənlərinin ocağına yağ tökür” - məqalədə belə deyilir.







Vaxtında, Aydın, Lazımlı!


