General vəzifəsindən azad olunub
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməgtindən faktı təsdiqləyiblər.
“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətinin məlumatında deyilir.
(Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


