Əvəz Zeynallı Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

Əvəz Zeynallı Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
  05 Yanvar 2015    Oxunub:6243
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə azadlığa çıxan Əvəz Zeynallı bir neçə gün əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
AzVision.az xural.com-a istinadən xəbər verir ki, əvvəlcə Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət edən jurnalist Heydər Əliyev və onun xanımı, avtolmoloq Zərifə Əliyevadan sonra Həsən bəy Zərdabinin də məzarına baş çəkib. O həmçinin Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərini, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyi yad edərək onların məzarlarını ziyarət edib.

Fatimə

Qalereya




Teqlər:





Xəbər lenti