Azərbaycanda əlil uşaqların məlumat bankı yaradılacaq

Azərbaycanda əlil uşaqların məlumat bankı yaradılacaq
  05 Yanvar 2015    Oxunub:1464
Bu il Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların məlumat bankı yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.
Məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasıdır.
Məlumat bankının yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinə tapşırılıb.


AzVision.az



Teqlər:



Xəbər lenti