Avropa Məhkəməsinin önündə girovlarımızla bağlı aksiya
“Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov ölkəmizə gəlib. O, Gürcüstanda girovlarla bağlı aksiya təşkil etmişdi. Moskvada və bir neçə Avropa ölkələrində girovların azadlığa buraxılması tələbi ilə aksiya keçirmək fikirindəyik. Həmçinin Starsburqdakı Avropa Məhkəməsinin önündə də aksiya keçiriləcək”.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


