Hollandiyada Xocalı sərgisi
Sərginin təşkilatçısı Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın Aalten şəhərinin təsadüfi seçilmədiyini deyir. Belə ki Aalten ikinci dünya müharibəsi zamanı alman faşistlərinin təcavüzünə daha cox məruz qalan şəhərlərdəndir. Əhalisinin bir hissəsi faşistlər tərəfindən vəhşiliklə qətlə yetirilən Aaltenin sakinləri müharibənin ağrısını hələ də ürəklərində daşıyır. Məhz bu səbəbdən aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotoların sərgisi üçün bu şəhər seçilib.
Sərginin açılışında çıxış edənlər 23 il əvvəl bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat veriblər.
Sərgidə həmçinin 1905, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında rusların dəstəyi ilə qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə açıqlamalar verilib, faktlar səsləndirilib, videokadrlar nümayiş etdirilib. Sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub və nümayiş olunan fotolar ziyarətçilərdə dərin təəssürat oyadıb.
Qeyd edək ki, “Üç nəsil, bir soyqırım” sərgisi daha əvvəl Brüssel və Haaqada nümayiş etdirilib. Aaltendən sonra Hollandiyanın digər şəhərlərində də sərginin təşkili planlaşdırılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


