"Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda yeni quyu istismara verilib
  05 Yanvar 2015    Oxunub:2843
Azərbaycanın “Neft Daşları” yatağındakı 1 887 saylı meydançadan 2 679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu X horizontdan, 2 580-2 572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti