Azərbaycanlılar Şahdağda istirahətə 300 min xərclədi

Azərbaycanlılar Şahdağda istirahətə 300 min xərclədi
  05 Yanvar 2015    Oxunub:2685
2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Şahdağ Turizm Kompleksində 9405 nəfər ziyarətçi kanat liftlərindən və 3465 nəfər isə xizəkdən istifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə Oxu.Az-a Şahdağ Turizm Kompleksinin əməkdaşı Fərhad Zeynalov məlumat verib.

Qiymətlərə gəldikdə isə, 1 günlük kanatlara keçid böyüklər üçün 25 AZN, uşaqlar üçün 17 AZN, 1 günlük sadə xizək dəsti böyüklər üçün 20 AZN, uşaqlar üçün 18 AZN təşkil edir.

Təqdim olunan rəqəmlərə əsasən, mərkəzdə istirahət edən turistlərin xizəkdə sürüşməyə 70 min, kanatdan istifadəyə görə isə 230 min manata yaxın vəsait xərclədiyini hesablamaq olar.

Onu da qeyd edək ki, Şahdağ Turizm Kompleksindəki otellərdə 2 nəfər üçün bir gecəlik otağın qiyməti 120-200 AZN civarında dəyişir.


Teqlər:  





Xəbər lenti