ARDNŞ Novorossiyskdən neft ixracını azaldıb

ARDNŞ Novorossiyskdən neft ixracını azaldıb
  05 Yanvar 2015    Oxunub:1492
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton (2013-cü ilin dekabrında 242,22 min ton), Ceyhan limanından 2 milyon 194 min 300 ton (1,47 milyon ton) xam neft ixrac edib.
ARDNŞ-dən AzVision.az-a verilən məlumata görə, ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton (2013-cü ildə 1,75 milyon ton), Supsa limanından 2 milyon 957 min 390 ton (2,73 milyon ton), Ceyhan limanından isə 20 milyon 483 min 248 ton (2013-cü ildə 19,75 milyon ton) xam neft ixrac edilib.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.


Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti