Evdən 14 minlik qızıl oğurladılar

Evdən 14 minlik qızıl oğurladılar
  06 Yanvar 2015    Oxunub:1832
Gəncədə oğurluq hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 54 yaşlı Adil Vəliyev idarəyə müraciət edərək bildirib ki, yanvarın 4-də saat 23:00 radələrində evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını kəsib evə daxil olublar. Oğrular mənzildən 14 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min 300 ABŞ dolları və 1000 manat pulu aparıblar.

Oğurluq edən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.ogu


Teqlər:



Xəbər lenti