Bizim Qalaktikanın mərkəzində qəribə hadisə

Bizim Qalaktikanın mərkəzində qəribə hadisə
  06 Yanvar 2015    Oxunub:2867
Almaniyanın Maks Plank İnstitutunun astrofizikləri sensasion açıqlama veriblər. Onlar bildiriblər ki, Bizim Qalaktikanın mərkəzində yerləşən Qara Dəliyin yaxınlığında növbəti sirrli obyekt qeydə alınıb.

Bu obyektə alimlər «G1» adını veriblər. Qeyd olunur ki, onun əvvəl qeydə alınan «G2» obyekti ilə bənzərliyi var. «G2» obyekti nəhəng qaz buludu hesab olunurdu. O, Qara Dəliyə yaxınlaşdıqca parçalara ayrılmışdı.

«G1» obyektinin trayektoriyası da «G2» ilə oxşardır. Görünür, onlar ikisi də eyni qaz axınına aid olublar.

Astrofiziklər qeyd edirlər ki, bu qaz buludu gələcəkdə ulduza da çevrilə bilərdi. Amma “bəxti gətirməyib” və Qara Dəliyə yaxınlaşıb.



NASA-nın verdiyi xəbərə görə, qaz buludunun Qara Dəliyə yaxınlaşması zamanı `Chandra X-ray Observatory` rəsədxanası rentgen diapazonunda güclü püskürmə qeydə alıb.

Qeyd edək ki, Bizim Qalaktikanın mərkəzindəki Qara Dəlik `Oxatan A` (Sgr A) adlanır və təxmini dəyərləndirmələrə görə, onun kütləsi Günəşin kütləsindən 4,5 milyon dəfə böyükdür. Sgr A ilə qaz buludunun yaxınlaşması zamanı rekord miqdarda maddə püskürməsi qeydə alınıb. Bunun səbəbi hələ tam aydın deyil.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti