Bakıda 20 dilənçi saxlanıldı

Bakıda 20 dilənçi saxlanıldı
  06 Yanvar 2015    Oxunub:1504
Bakıda dilənçi və avara həyat tərzi sürən 20 nəfər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ Post Patrul Xidməti Bölüyü (PPXB), 6-cı PB, Nərimanov RPİ PPXB, 17-ci PB, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, müvafiq olaraq, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 3 kişi, 8 qadın, 9 azyaşlı saxlanılıb.

Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Qeyd edək ki, bundan əvvəl Bakıda avaralıq və dilənçilik edən 78 nəfərin saxlandığı bildirilmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti