Milli Məclisdən jurnalistlərə xəbərdarlıq

Milli Məclisdən jurnalistlərə xəbərdarlıq
  06 Yanvar 2015    Oxunub:2567
Milli Məclisin fəaliyyətini işıqlandırmaq istəyən jurnalistlər yanvarın 15-ə qədər akkreditasiya məktubların parlamentə təqdim etməlidirlər.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Parlament rəsmisi qeyd edib ki, 2015-ci ilin ilk plenar iclası fevralın 2-də keçiriləcək və yanvarın 15-ə qədər KİV nümayəndələri akkreditasiya məktublarını quruma təqdim etməlidir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:



Xəbər lenti