Prezident Abid Şərifova “Şöhrət” ordeni verdi

Prezident Abid Şərifova “Şöhrət” ordeni verdi
  06 Yanvar 2015    Oxunub:2382
Baş nazirin müavini Abid Şərifova “Şöhrət” ordeni verilib.

AzVision.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Abid Qoca oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Şərifov Abid Qoca oğlu 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi, Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi, sonra 1988-ci ildən “Azərnəqliyyatyoltikinti” lahiyə-sənaye tikinti Birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən “Azərnəqliyyatyoltikinti” lahiyə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. “Şərəf nişanı” (1976), “Oktyabr inqilabı” (1980), Azərbaycanın əməkdar inşaatçısı “ və “ Fəxri nəqliyyat inşaatçısı” fəxri adlarına layiq görülüb.

2003-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti