Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq
  06 Yanvar 2015    Oxunub:1536
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi abonentlərə müraciət edib.
ASC-dən AzVision.az-a verilən məlumata görə, Olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 7 yanvar 2015-ci il tarixində gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Teqlər:



Xəbər lenti