Mikayıl Cabbarov Kürdəmirə gedir

Mikayıl Cabbarov Kürdəmirə gedir
  06 Yanvar 2015    Oxunub:1600
Təhsil naziri Mikayıl Cabbarov yanvarın 12-də saat 11.00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyindən AzVision.az-a-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar 2015-ci il yanvarın 6, 7, 8 və 9-da bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Teqlər:



Xəbər lenti