Mikayıl Cabbarov əmr verdi

Mikayıl Cabbarov əmr verdi
  06 Yanvar 2015    Oxunub:2501
Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub:

“20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 06 - 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti