Artur Rasizadədən mühüm QƏRAR

Artur Rasizadədən mühüm QƏRAR
  06 Yanvar 2015    Oxunub:2588
Baş Nazir Artur Rəsizadənin qərarı ilə Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi idarə bundan sonra büdcə vəsaiti hesabına maliyyələşəcək.

AzVision.az xəbər verir ki, bununla bağlı baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" qərarda dəyişikliklər edib.

Belə ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin "Təhsil" bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti