Prezident nazirliyə pul ayırdı - 5 milyon

Prezident nazirliyə pul ayırdı - 5 milyon
  06 Yanvar 2015    Oxunub:1779
Prezident İlham Əliyev yanvarın 6-da “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat ayrılıb.


Teqlər:





Xəbər lenti