Sevinc Osmanqızı maddi problemlərə görə məhkəməyə gəlməyəcək
Prosesdə ittiham tərəfi vəsatətlə çıxış edərək hazırda ABŞ-da yaşayan S.Osmanqızının məhkəməyə gətirilməsini tələb edib.
S.Osmanqızının vəkili bildirib ki, onun müvəkkili ailə vəziyyəti və digər səbəblərdən Azərbaycana gəlmək imkanına malik deyil. Belə ki, xanım jurnalist həm işləmədiyi və maddi çətinlik çəkdiyi, həm də uşaqlarının təhsildən yayınmaması üçün ABŞ-dan Bakıya gələ bilmir.
İttiham tərəfinin vəsatəti baxılmamış saxlanılıb.
Növbəti məhkəmə prosesi yanvarın 13-ü saat 15:00-a təyin edilib. Bununla da bugünkü proses yekunlaşıb.







Vaxtında, Aydın, Lazımlı!


