Neftin qiyməti vacib psixoloji həddə düşdü: 50 dollar

Neftin qiyməti vacib psixoloji həddə düşdü: 50 dollar
  07 Yanvar 2015    Oxunub:2338
Moskva birjasında Brent markalı neft 50,6 dollar/barel həddinə qədər enib. Beləliklə, vacib psixoloji səviyyəyə çatılıb.

Beləcə, neftin qiyməti 5 illik minimumu təzələyib.

Ekspertlərin fikrincə, 50 dollardan aşağıya enərsə, neft 38 dollara qədər düşə bilər.

Neftlə birlikdə Rusiya rublu da düşməkdə davam edib. Dünən Moskva Birjasında 1 dollar 64, 1 avro 76 rublu keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti