14 saylı kalonda nə baş verir? - Yoxlama aparılacaq
Qeyd edib ki, həmin cəzaçəkmə müəssisənin bir neçə məhkumu müalicə olunmaq üçün İxtisaslaşmış Cəzaçəkmə Mərkəzinə göndərilib:
“Hazırda orada karantin elan olunub. Məlum hadisə ilə bağlı istintaq gedir. İxtisaslaşmış müalicə mərkəzinə aparılan məhkumların ailələrindən bizə şikayətlər daxil olub. Ombudsman Aparatı yaxın günlərdə 14 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparacaq”.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qiyama qalxıblar.
Mətbuatda yayılan məlumata görə, məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi olub.
İddia edilir ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


