Erməni mafiyası ələ keçirildi

Erməni mafiyası ələ keçirildi
  07 Yanvar 2015    Oxunub:1730
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatının polisi bir neçə nəfərdən ibarət erməni cinayət qruplaşmasının izinə düşüb.
Qruplaşmadan artıq 2 nəfər saxlanıb. Ştatın ermənilərin çox yaşadığı Qlendeyl şəhərində 2 erməni - 33 yaşlı Artur Şahkərəm və 28 yaşlı Arbi Ter-Arakelyan həbs edilib. Onlar bir sıra cinayətlərdə günahlandırılırlar.

Cinayətkarlara məxsus “Mersedes-Sedan” markalı maşında kodu dəyişdirilmiş beş ədəd bank kartı aşkarlanıb. Həbs əməliyyat siqnalı nəticəsində həyata keçirilib.

Onlar həm də avtomobillərin qarət ilə məşğul olurmuşlar. Həbs olunanların avtomobilindən həm də narkotik metamfetamin preparatları aşkarlanıb. Hər iki kişiyə qarşı qarət, kredit kartlarla möhtəkirlik və narkotik maddə daşımağa görə cinayət işi qaldırılıb. (Ans)


Teqlər:





Xəbər lenti