Müsavatda daha bir istefa

Müsavatda daha bir istefa
  07 Yanvar 2015    Oxunub:1363
Müsavat Partiyasının daha bir üzvü istefa verib. Partiyanın Binəqədi rayon təşkilatının üzvü Natiq Cəbrayılov istefası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“10 ildən çoxdur ki, Müsavat Partiyasının üzvüyəm. Artıq bu partiyadan istefa vermək qərarına gəldim. Partiyadan istefa verməyimin səbəbi son gözləntilərimin puça çıxması oldu. Partiyada baş verən pərdəarxası olaylar barədə az-çox məlumatlı olsam da, hər şey gün kimi ortaya çıxdı. Mən Arif Hacılını o qədər də qınamıram, çünki Arif bəy bizi təəccübləndirmədi, əvvəldən necə idi, elə intriqabaz olaraq qaldı. Bizi təəccübləndirən İsa Qəmbər oldu. O, özünü bir qrup başçısı statusuna gətirdi və bunu edərkən də itirəcəklərindən heç qorxmadı. Demək İsa Qəmbər göründüyü kimi deyilmiş. Çevrəsi daraldıqca, necə biri olduğu açıq görsənməyə başladı. Buna istefa verdiyim Müsavat Partiyası yox, İsa Qəmbərin qrupu demək daha doğru olar. Partiyanın son mitinqi də göstərdi ki, orada bir avtobusluq adam qalıb. Olanlar da hamısı Arif Hacılının müavin və müşavirləridir. Partiyadakı son prosesləri görürəm və dəhşətə gəlirəm və düşünürəm ki, bunların özlərini zehniyyət olaraq dəyişən kimsə lazımdır.

Onu da bildirim ki, Qubad İbadoğlu və Vurğun Əyyub kimi adamların orada qalması artıq enerji və vaxt itkisidir. Orada qalanlar mahiyyətcə elə adamlardır ki, zaman keçəcək qrupu da parçalayacaqlar. Sonda İsa Qəmbərə öz yeni həyatı ilə uğurlar arzulayıram”.


Teqlər:





Xəbər lenti