Ölkədə bahalaşma gözlənilir - Nazirlik nə deyir?

Ölkədə bahalaşma gözlənilir - Nazirlik nə deyir?
  07 Yanvar 2015    Oxunub:4634
Spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergilərinin artırılması və Vergilər Məcəlləsinə edilən digər dəyişikliklər bahalaşmaya səbəb olacaq.
Belə ki, spirt üçün hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrində 0,08 manatdan 0,2 manata qədər artım baş verib. Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarellanın (nazik siqarlar) 1 000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə 4 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Odur ki, aksiz verginin artırılması bazarda da bahalaşmaya səbəb olacaq.

Tezliklə bazarda qiymət artımının olacağını Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da təsdiqləyib. O, AzVision.az-a açıqlamsında bildirib ki, spirtli içkilərə, tütün məmulatlarına, avtomobillərə, o cümlədən, qızıl və brilliant məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması qiymət bahalaşmasına səbəb olacaq:

“Ümumiyyətlə qızılın bahalaşması bütün bazara təsir edir. Amma mən inanmıram. Çünki qızılda bahalaşma elə də yüksək səviyyədə deyil. Karatından asılı olaraq 0,2-0,3 manat səviyyəsindədir. Odur ki, bazara elə də təsir etməyəcək”-deyə Vahid Əhmədov bildirib.

İqtisadiyyat və Yüksək Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, aksiz vegilərinin artırılması mütəmadi istifadə olunan istehlak məhsullarına aid olmadığından bazarda bahalaşmaq gözlənilmir.

Gültəkin ƏLƏSGƏR


Teqlər:



Xəbər lenti