Bulvarda özünü öldürmək istədi

Bulvarda özünü öldürmək istədi
  07 Yanvar 2015    Oxunub:2000
Bakı Bulvarında intihar hadisəsi baş verib.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:28-də başa çatıb.



Teqlər:  



Xəbər lenti