Meriyadan başı kəsilən gənclə bağlı AÇIQLAMA

Meriyadan başı kəsilən gənclə bağlı AÇIQLAMA
  07 Yanvar 2015    Oxunub:2937
Bakı şəhər İcra Hakimiyyəti başı kəsilərək qətlə yetirilən gənin meriyada işləməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən AzVision. az-a bildirilib ki, qətlə yetirilmiş gənc Həsən Həsənov bir müddət öncə həmin idarədə işləyib:

“O, hazırda bizim idarənin işçisi deyil. Bir ay olar ki, işdən çıxıb. O, idarədə nəzarətçi vəzifəsində işləyirdi”.

Qeyd edək ki, dekabrın 6-sı saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu Sahil bağında bıçaqlanıblar. H.Həsənov hadisə yerindəcə keçinib. O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti