`Kəmaləddin Heydərovun mahnılarını bəyənirəm` – Xalq artisti

`Kəmaləddin Heydərovun mahnılarını bəyənirəm` – Xalq artisti
  07 Yanvar 2015    Oxunub:6232
“Musiqi təhsili olmasa da Kəmaləddin Heydərov çox istedadlı bir insandır. İstedadlı adam musiqidə də istedadlı olur və gözəl mahnılar yazır”.
Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov deyib.

Xalq Artisti fövləqadə hallar naziri, bəstəkar Kamaləddin Heydərovun mahnılarını bəyəndiyini və onları dinlədiyini söyləyib:

“Kəmaləddin Heydərovun mahnıları çox gözəldir. Elə onun “Xalq Heydər deyir” mahnısı hər şeyə dəyər. Kamal müəllimin mahnılarının sözləri də çox gözəldir. Sözləri Baba Vəziroğlu yazır. Kəmaləddin müəllimin dəsti-xətti çox xoşuma gəlir. Onun mahnılarını da gözəl müğənnilər ifa edirlər. Onun radioda, televiziyada səslənən mahnılarını dinləyirəm”.

Tanınmış bəstəkar Kəmaləddin Heydərovla xoş münasibətlərinin olduğunu diqqətə çatdırıb:

“Kamal müəllimin özü ilə də görüşmüşəm. Onunla yaxşı əlaqəmiz var. Özü də bir insan və şəxsiyyət kimi qurucu adamdır. Mənim bütün dövlət adamları ilə münasibətim var. Ömrümün çox hissəsini Bakıda yaşamışam. Ona görə də bütün dövlət adamları ilə yaxşı münasibətim var. Kamal müəllimə can sağlığı arzulayıram”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti