“Azərbaycandan istifadə etmək istəyən qüvvələr var”
Onun dediyinə görə, bütün bunlar Azərbaycana olan marağı artırıb və beləliklə, ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər.
YAP rəsmisi eyni zamanda hesab edir ki, bu, ümumiyyətlə, dünya praktikasında rast gəlinən bir gerçəklikdir, amma qəribə məqamlar ondan ibarətdir ki, bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir az daha intensivləşib:
"Bu intensivləşmənin kökündə dayanan əsas reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən qüdrətli ölkəsinə çevrilib. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur. Və Azərbaycan iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan verir ki, yaxın zamanlarda bütövlükdə Cənubi Qafqazın iqtisadiyyatı dedikdə, əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək.
Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi şəkildə artırıb. Digər tərəfdən, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və mövqeyini möhkəmləndiribdir. Bu isə öz növbəsində Azərbaycana olan marağı daha da gücləndiribdir".







Vaxtında, Aydın, Lazımlı!


