Qaşınmağın xeyri yoxdur, iynəniz vurulacaq!

Qaşınmağın xeyri yoxdur, iynəniz vurulacaq!
  08 Yanvar 2015    Oxunub:10953
Elşən Musayev
Xüsusi olaraq AzVision.az üçün

İqtidar tərəfdarı mediada hər nə haqda danışırsa-danışsın: hamiləlikdən, cinsi pozğunluqdan, eboladan-quş qripindən, armaturdan, asfaltdan, qardan, siyasətdən, Avroatlantik məkana inteqrasiyadan – fərq eləməz! Cavab AXCP Gənclər Təşkilatından gəlməlidir. Öz də mütləq! Üstəgəl, “facebook”da!!!

Elə bil üzərimizə radar bağlayıblar. Ya da lamisə orqanlarını “xoddayıb”lar. Zalım uşağı gecə 3-də də pusur adamı. Ta demirəm nə kimi. Baxırsan yazını, mətni hələ redaktə edib jurnalistə göndərməmisən, amma artıq bitiblər səhifəndə, “razminka” edirlər…

On manat versən, üç manat qaytaracaq qızlar olar e, amma danışanda başından yekə “üfləyərlər” – bax, bunlar da eyni, analoji tiplərdir. Ayrıca, həm də tumanın başa çəkilməsi üzrə dərin, xüsusi təyinatlı, peşəkar mütəxəssislər!

Saytda yazı çıxır. Heç bilmirlər nə haqdadır, söhbət nədən gedir. Yetər ki, bunları qıcıqlandıracaq birinin şəkli mətnin harasındasa görünsün. Vəssalam. Qarğa-quzğun kimi düşəcəklər ortalığa. Biri “fit” çalacaq, o biri “şpaqat”aşacaq, digəri başını yerə qoyub dombalaq fırlanacaq, başqa biri trans şəklilli profilindən “comment” yazıb fəlsəfə, siyasət xırdalayacaq…

Siz nə yeyib-içirsiz, alə?

***

“Dahi sərkərdə”niz Əli Kərimli öz müəllimi Elçibəyi satıb, şantaj edib, üzərinə iftira atanda…, `bəy` dediyi, “böyüyüm” dediyi insanı iyrənc bir xəstəliklə ləkələyib, ardınca audio formatlı disklər, kasetlər tirajlayanda harada idiniz? Deyim, harda – “QARŞOK”da! Corabınızdakı ördəkləri sayırdınız. “Günəş”in iki hərfini dəyişib ona başqa şey deyirdiniz. Məhəllədə futbol oynarkən “oçko” buraxırdınız, tumançaq gəzirdiniz, ağız suyu axıdırdınız, yeni dil açırdınız!

Biz isə o vaxtdan meydandayıq. Sənin “lider”İnin iynəsini də ta o vaxtdan vururuq. Qaşınan kimi! Qaşınsanız, sizə də vura bilərik!

***


Bu gün Amerikanın saxta beynəlxalq siyasətini hədəf alan açıqlama vermişəm. “Azadinform”a. Payatonnan! Üzərindən 10 dəqiqə keçməmiş aləm dəyib bir-birinə, həşəratlar tökülüb üzərimə, zəlzələ qopub, qasırğa qalxıb, yer orbitindən çıxıb, günəş öz oxundan sallanıb. “Facebook”da. “Kişi qırıqları”, cuppulu “axcpşnik”lər əsəbləşiblər demə... Ki, suyunu içib, çörəyini yedikləri Amerikadan nə istəyirəm. Dünyanın ən “namuslu”, ən “təmiz”, ən “pak”, ən “mərd”, ən “millətçi”, ən “dürüst” adamı – Xədicə ilə nə alıb vermədiyim var? Niyə Rusiya duran yerdə bunların ana vətəni, ata ocağı olan Qərbi qaralamışam?!

Sanki, 2 il qabaq, Prezident seçkiləri öncəsi Rəsulzadənin məzarını ziyarət etdikdən 2-cə saat sonra elə həmin Rəsulzadəni devirən Rusiyanın 1 nömrəli adamı İbrahimbəyovu özünə lider seçən bunlar yox, mən olmuşam!

Sanki Putinin bir “dobro”su üçün bütün mümkün və qeyri mümkün ulğumlardan girib durğunlardan çıxan AXCP yox, mövcud hakimiyyət olub!

***

Bədbəxtlər!!
Elə bu cür də davam edin. Manqurtca yaşayın. 24 saat sülənin sosial şəbəkələrdə!
Nağıl oxuyun, xəyal qurun, röyalarınızdakı ağ atı doyunca minin, sürün, çapın.
Real həyatda bir qara eşşəyə sahib olmasanız da!



Teqlər:  



Xəbər lenti