Bakıda güclü yanğın olub

Bakıda güclü yanğın olub
  08 Yanvar 2015    Oxunub:1671
Bakıda lavaş bişirmə sexində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “XIRMAN” MMC-nin ümumi sahəsi 170 kv.m olan ərazisində lavaş bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunub.

Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti