Qadınlara səs vermək qadağan edildi

Qadınlara səs vermək qadağan edildi
  13 May 2013    Oxunub:1131
Pakistanda Parlament seçkilərində qadınlara səs vermək qadağan edilib.
Şimali Vəziristanda məscidlərdəki səs gücləndiricilərdən qadağa barədə car çəkilib.

Aşağı Dir əyalətində Pakistanın Xalq Partiyası və `Camaat-i-İslam` Partiyası qadınların seçkilərdə iştirakına mane olmaqla bağlı razılığa gəliblər. “Təhriki-i-Taliban Pakistan” ekstremist qruplaşması isə seçkilərdən 1 ay əvvəl vərəqələr paylayaraq qadınlara səsvermələrdən çəkinmələri ilə bağlı xəbərdarlıq edib.

“Sözlərimizə yaxşı qulaq verin. Biz belə rəzil hallara yol verə bilmərik. Səsvermə hüququndan istifadə etmək istəyən qadınlar cəzalandırılacaq”-deyə mücahidlərin imzası olan vərəqələrdə qeyd edilib.

Qeyd edək ki ötən şənbə günü baş tutan seçkilərdə iştirak üçün qeydiyyatda keçən 86 milyon nəfərdən 37 milyonu qadın 48 milyonu kişilərdir.

Ölkə üzrə 564 məntəqədən heç birində qadınlar öz səsvermə hüquqlarından istifadə etməyiblər.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti