Pulu 5 mindən çox olanlar vergi verəcək
Ekspert hesab edir ki, illik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq. Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir.
“Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə bilər. Və ya ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat ((1000 AZN – 500 AZN) x 10%) olacaq.
Hazırda ölkə üzrə əmanət qoyuluşunun həcmi 7 milyard manatdan çoxdur. Orta illik faiz dərəcəsi isə 10%-ə yaxındır. Deməli, söhbət 70 milyon manat vəsaitdən gedir”.
Güzəştin davam edəcəyi halda hökumətin bu qədər vəsaiti əmanətçilərə hədiyyə etməli olduğunu deyən S.Əliyevin sözlərinə görə, ancaq neftin ucuzlaşması fonunda neft gəlirlərinin azalması büdcənin icrasında problemlər yarada bilər.
“Bunları önləmək üçün hökumət vergi mənbələrini artırmağa başlayıb ki, onlardan biri də əmanətlərə vergi tətbiqinin bərpasıdır. Əmanətlərin həcminə görə strukturu açıqlanmadığından yeni güzəşt sisteminin tətbiqindən büdcənin nə qədər qazanacağını söyləmək çətindir. Hər bir halda bu, 70 milyon manatdan az olacaq və xeyli əmanətçinin gəlirlərinə toxunacaq. 2015-ci ilin dövlət büdcəsində dividendlərdən, faizlərdən və icarədən gəlir vergisi 81 milyon manat artımla proqnozlaşdırılıb. Böyük ehtimalla bu artımın təxminən yarısı əmanətçilərin hesabına örtüləcək”.
Yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyünü əmanət bazarında təmərküzləşmənin azaldılmasnda görən iqtisadçı hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Onun szölərinə görə, yerdə qalan yarısına isə 39 bank nəzarət edir.
“Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq.
Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir”.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


