Qubada qardan sonra vəziyyət necədir?

Qubada qardan sonra vəziyyət necədir?
  08 Yanvar 2015    Oxunub:1877
“Quba rayonunun 6 nömrəli yol idarəsinin texnikası yollarda keşik çəkir”.
Millət vəkili Yevda Abrammov Qubaya güclü qarın yağması ilə bağlı AzVision.az-a məlumat verib. Bildirib ki, qar rayonda heç bir çətinlik yaratmayıb:

“Çünki elə də dəhşətli qar yağmayıb. Qarı kənd təsərrüfat işçiləri çoxdan gözləyirdi. Hələlik heç bir çətinlik yoxdur. 6 nömrəli yol idarəsinin texnikası növbəli qaydada keşik çəkirlər. Əgər hansısa hadisə baş verərsə, hər hansı nəqliyyat vasitəsi yolda qalarsa, ağır texnika onlara kömək edə bilər. Hələ ki, heç bir hadisə qeydə alınmayıb. Hamı iş başındadır, dükan, bazar hamısı işləyir. Əhali də qarın dadını çıxarır”.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti