Dilqəmin ailəsi aksiya keçirmək istəyir

Dilqəmin ailəsi aksiya keçirmək istəyir
  08 Yanvar 2015    Oxunub:2439
“Xarici ölkələrdəki erməni səfirliklərinin önündə aksiya keçirmək istəyirəm”.

Bunu AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

Girovın oğlu etiraz üçün Moskvaya getmək istəyir: “Mən Moskvaya gedib oradakı erməni səfirliyinin önünüdə aksiya keçirib, atamagilin geri qaytarılmasını tələb etmək istəyirəm. Moskvadan sonra bütün Avropa ölkələrindəki erməni səfirliklərinin önündə də belə aksiyalar keçirmək istəyirəm. Amma mənə dəstək olan yoxdur. Mənə dəstək olsunlar ki, atamın geri qaytarılması ilə bağlı aksiyalar keçirim”.

Daha sonra K. Əsgərov qeyd edib ki, Beynəlxaql Qızıl Xaç Komistəsindən onlara bildiriblər ki, girovlarla bir həftədən sonra görüş keçiriləcək.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Hafiz Əhmədov




Teqlər:  



Xəbər lenti