Bağırsağında narkotik keçirən şəxs saxlanıldı

Bağırsağında narkotik keçirən şəxs saxlanıldı
  08 Yanvar 2015    Oxunub:1546
Dövlət Gömrük Komitəsi ölkəyə narkotik vasitə keçirmək istəyəni saxlayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Qurbanovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 101,624 qram olan narkotik vasitə - heroin aşkar edilib.


Teqlər:  





Xəbər lenti