“Türkiyəni daha güclü bir ölkəyə çevirəcəyik”

“Türkiyəni daha güclü bir ölkəyə çevirəcəyik”
  13 May 2013    Oxunub:1278
Alpər Coşqun: “Türkiyə sınaq dövrünü yaşayır”
“Bu hadisədən sonra, əminəm ki, hər bir türk vətəndaşı Türkiyənin gələcəyinin parlaq olduğu barəsində ən kiçik bir şübhə duymayacaq və biz siyasi liderimizin müəyyənləşdirdiyi hədəf istiqamətində və səsimizə səs verən vətəndaşlarımızın güclü dəstəyi ilə Türkiyəni daha da güclü bir ölkəyə çevirəcəyik”.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Reyhanlıda baş verən hadisələri şərh edərkən bildirib.

Ölən türk vətəndaşlarını rəhmətlə anan səfir, Türkiyənin sınaq dövrü yaşadığını bildirib:
“Hamıya bəllidir ki, Türkiyə öz qüdrətinin yüksəldilməsi astanasındadır və tarixi əhəmiyyətli bir dövr yaşayır. Biz Türkiyəni daha dinc bir ölkəyə çevirmək, vətəndaşların daha dinc və xoşbəxt şəraitdə yaşamasını təmin etmək istədiyimiz dövrdə belə hadisələrin baş verməsi, demək olar ki, təbii halldır”.

Alpər Coşqun vurğulayıb ki, Türkiyə bu hadisədən sonra özünə yer tapa bilmir.
“Lakin bütün bu hadisələrə baxmayaraq, Türkiyəni güclü bir ölkəyə çevirmək üçün göstərdiyimiz səylər yaxın zamanda öz səmərəsini göstərəcək”-deyə o əminliklə ifadə edib.

Qeyd edək ki, şənbə günü Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Reyhanlı şəhərində baş verən partlayışlar nəticəsində 40 nəfər ölüb, 100 nəfərdən çox insan xəsarət alıb.

Mirvari


Teqlər:  





Xəbər lenti