TQDK-dan şagirdlərə müraciət

TQDK-dan şagirdlərə müraciət
  08 Yanvar 2015    Oxunub:2397
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 11-ci sinif şagirdlərinə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2014-2015-ci tədris ilində 11-ci sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər.

Diqqət! Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında kimya fənnindən imtahan verəcəklər!

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti