Ağalarovun anası Qurd Qapısında dəfn olundu

Ağalarovun anası Qurd Qapısında dəfn olundu
  08 Yanvar 2015    Oxunub:2988
Məşhur biznesmen gecə saatlarında ABŞ-dan Azərbaycana gəlib.
Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Əminə Nuriyeva bu gün dəfn edilib. Lent.az-ın məlumatına görə, günorta saatlarında Ə.Nuriyevanın cənazəsi yaşadığı Azərbaycan prospekti 11 ünvanından götürülüb və Qurd Qapısı məzarlığında dəfn edilib. Bu gecə ABŞ-dan Azərbaycana gələn Araz Ağalarovla yanaşı, bir sıra tanınmış dövlət xadimləri, ictimaiyyət nümayəndələri, biznesmenlər də dəfndə iştirak edib.
Qeyd edək ki, Ə.Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.


Teqlər:



Xəbər lenti