Sərdar Cəlaloğlu qardaşı ilə niyə danışmır? - AÇIQLAMA

Sərdar Cəlaloğlu qardaşı ilə niyə danışmır? - AÇIQLAMA
  08 Yanvar 2015    Oxunub:3522
“Həbsdən çıxandan sonra Qurban Məmmədova baş çəkməmişəm. Amma ailəmdən onun evinə gedən olub”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, özü qardaşı ilə görüşməsə də oğlu Qurban Məmmədova baş çəkib:

“Bildiyimə görə, səhhəti də yaxşıdır. Hər şey qaydasındadır”.

Partiya sədri qardaşı ilə münasibətlərinin soyuqluğunun səbəbini onların seçdiyi siyasi kursla izah edib:

“Onun müdafiə etdiyi siyasi kursla mənimki fərqlənir, üst-üstə düşmür. Belə olanda da şəxsi münasibətləri normal səviyyədə saxlamaq çətinləşir. Ona görə də onla ünsiyyətimiz yoxdur”.

Fatimə


Teqlər:



Xəbər lenti