ARDNŞ-dan 148 milyonluq ödəniş

ARDNŞ-dan  148 milyonluq ödəniş
  08 Yanvar 2015    Oxunub:1656
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin dekabr ayında dövlət büdcəsinə 148 milyon 309 min manat vəsait ödənilib.
ARDNŞ-dan AzVision.az-a verilən məlumata görə, bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 61 milyon 284 min manat və ya 170,4 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 855 milyon 230 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 milyon 793 min manat və ya 117,8 faiz çox olub.

Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 706 min manat vəsait köçüreb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 141 milyon 240 min manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti