Türkiyədə körpüyə Ərdoğanın adı veriləcək

Türkiyədə körpüyə Ərdoğanın adı veriləcək
  09 Yanvar 2015    Oxunub:3486
Adıyaman vilayətinin Kahta rayonu ilə Şanlıurfa vilayətinin Siverek rayonunu bir-birinə bağlayacaq yeni inşa edilən Türkiyənin üçüncü böyük asma körpüsünə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın adı veriləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan jurnalistlərə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, körpünün keçdiyi ərazidə yaşayan insanlar ona Türkiyə Respublikasının prezidentinin adının verilməsini istəyirlər.

L.Elvan deyib ki, vətəndaşların istəyini Türkiyə Prezidentinə çatdıracağam. Əgər onun razılığı olarsa, o zaman körpüyə “Rəcəb Tayyib Ərdoğan” adı verilə bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti