Siğorta şirkəti əlil olan şəxsə 121 min dollar ödədi

Siğorta şirkəti əlil olan şəxsə 121 min dollar ödədi
  09 Yanvar 2015    Oxunub:2248
“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişini həyata keçirib.
AzVision.az xəbər verir k, şirkətdən fins.az-a verilən məlumata görə, sığorta ödənişi Bakıda fəaliyyət göstərən sənaye müəssisələrindən birində çalışan, istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış əməkdaşına verilib. Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 95 139 manat təşkil edib.

Qeyd edək ki, “Atəşgah Həyat” həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.


Teqlər:





Xəbər lenti