Reyqan və Klintonun təyyarəsi hərracda

Reyqan və Klintonun təyyarəsi hərracda
  13 May 2013    Oxunub:1170
ABŞ 30 il prezident və digər yüksək vəzifəli məmurları daşıyan təyyarəni hərraca çıxaracaq.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, tarixi təyyarə üçün ilkin qiymət 50 min dollar müəyyənləşdirilib.

GSA hərrac şirkəti bildirib ki, həmin təyyarədə prezidentlər – Ford, Karter, Reyqan, Buş, Klinton, vitse-prezidentlər, birinci xanım, nazirlər, generallar, admirallar, xarici rəsmilər və başqaları səfər edib.

İkimühərrikli McDonnell Douglas DC-9 təyyarəsi 1975-ci ildən 2005-ci ilədək istifadədə olub. Təyyarənin salonunda böyük dəri kreslo, kiçik masa və qatlanan divan yerləşdirilib. Satışa təqdim olunmamışdan qabaq bütün məxfi avadanlıqlar təyyarədən çıxarılacaq.

Hərrac mayın 15-də baş tutacaq. Satışa həmçinin Amerika hökumətinə lazım olmayan gəmilər, avtomobillər, kosmik gəmilərin hissələri, ağır inşaat maşınları və elmi avadanlıqlar da çıxarılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti