Direktor saçyoldudan danışdı: `Bizə şər atırlar`

Direktor saçyoldudan danışdı: `Bizə şər atırlar`
  09 Yanvar 2015    Oxunub:3809
Bakıda yerləşən 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimənin şagirdin saçını yolması haqda sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
F.Həsənova AzVision.az-a açıqlamasında deyilənləri yalanlayaraq ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva Dəniz adlı şagirdin saçını yolmadığını, bu məlumatların şagiridin anası tərəfindən uydurulduğunu bildirib:

“Əgər həmin uşağın saçı yolunsaydı onun başı qıpqırmızı olardı və zorakılıq əlamətləri görünərdi. O, uşağın adı Dənizdir. Birinci sinifdə oxuyur. Qaçqındırlar. Şəhərcikdə qalırlar. Uşağın saçlarının yolunması xəbərləri yalandır. Bu xəbərlər uşağın anasının uydurmasıdır. Hazırda həmin uşaq məktəbdədir. Müəllimə onun saçlarını yolmayıb. Uşağın saçları bir ay əvvəldən tölükürdü. Əgər müəllimə uşağın saçlarını yolsaydı, onun başında qızartılar və işgəncə izləri olardı. Araşdırmadan sonra uşağın anasının yalanı üzə çıxacaq. Bizə şər atırlar”.

Qeyd edək ki, mətbuatda balaca Dənizin satçının töküldüyünü əks etdirən fotolar yayılıb. Bildirilib ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qızın saçlarını yolub. Buna səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, bununla bağlı onlarda məlumat yoxdur və qeyd olunan hadisə araşdırılacaq.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti